Ramiz Mehdiyevə görə istefa verən direktorun ərizəsi qəbul edilmədi

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov akademiyanın prezidenti Ramiz Mehdiyevin Rəyasət Heyətinin iclasında institutla bağlı səsləndirdiyi fikirlərə görə istefa verəcəyini demişdi.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli bununla bağlı “Aktualtv.az”a açıqlamasında bildirib ki, Tarix İnstitutunun Baş direktoru Kərim Şükürov səhər saatlarında AMEA-nın Rəyasət Heyətinə gəlib və istefa verməsi ilə bağlı rəsmi ərizə ilə müraciət edib.

İ.Həbibbəyli diqqətə çatdırıb ki, bu dəqiqələrdə K.Şükürovun ərizəsinə baxılıb və onun istefası qəbul olunmayıb: “Onun fəaliyyətini davam etdirməsi məqsədəuyğun sayılıb. Gün ərzində bir neçə dəfə Kərim Şükürova zəng etmişəm, amma onun telefonu bağlıdır. Kərim Şükürovla görüşüb, bu məsələni danışmaq istəyirəm”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]