ABŞ Ukraynaya görə qoşunlarını yüksək hazırlıq səviyyəsinə gətirib

Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar olaraq ABŞ öz ərazisində və xarici ölkələrdəki qoşunlarının hazırlıq səviyyəsini artırır.

Aktualtv.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Müdafiə Nazirliyinin rəsmi sözçüsü Con Kirbi açıqlayıb.

Onun sözlərinə görə, Pentaqon rəhbəri Lloyd Ostin, həmçinin ABŞ-da bəzi hərbi hissələri Avropaya göndərilmək üçün yüksək hazırlıq səviyyəsinə gətirib.

Burada söhbət 8500 nəfərlik kontingentdən gedir.

C. Kirbi hərbçilərin Avropaya göndərilməsi barədə hələ ki, qərar qəbul edilmədiyini sözlərinə əlavə edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]