Tağı Əhmədovun məhkəmədə dindirilməsi tələb EDİLDİ

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Zeynal Ağayevin sədrliyilə keçirilən iclasda təqsirləndirilən S.Xəlilovun vəkili Hafiz Ələsgərov vəsatət qaldırıb.

O, S.Xəlilovla “Bakı Metropoliteni” QSC-nin keçmiş rəisi Tağı Əhmədov arasında telefon danışıqlarının məhkəmədə araşdırılmasını istəyib.

Həmçinin vəkil T.Əhmədovun məhkəməyə çağırılaraq dindirilməsini də tələb edib.

Məhkəmənin növbəti iclası fevralın 18-nə təyin olunub.

Qeyd edək ki, məhkəmənin gedişində məlum olub ki, “Bakı Metropoliteni”nin keçmiş rəisi T.Əhmədov yaxın dostu, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyev vasitəsilə S.Xəlilov, Q.Muxtarov və S.Abuşova ümumilikdə 2 milyon manata yaxın pulu sələmə verib. Onlar mərmər biznesində böyük qazanc olduğunu deyərək T.Əhmədovu bu işə pul yatırmağa inandırıblar. T. Əhmədov isə pulları həmin şəxslərə verib. Daha sonra sələmi qaytara bilmədikləri üçün S.Əliyev onlardan şikayət edib.

Cinayət işi üzrə zərərçəkmiş kimi S.Əliyev tanınır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]