Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr dəyişiklikləri olub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus iki şirkətin rəhbərliyi dəyişdirilib.

Aktualtv.az xəbər verir ki “Report”un əldə etdiyi məlumata görə, “Bakı 1 №-li Yol İstismarı” MMC-yə Zaur Həmzəyev, “1 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-yə isə Etibar Kərimov yeni direktor təyin edilib.

Onlar bu vəzifələrdə müvafiq olaraq Şahin Süleymanovu və Zaur Həsənovu əvəzləyiblər.

“Bakı 1 №-li Yol İstismarı” 1995-cü ildə, “1 №-li Xüsusi Təyinatlı Yol İstismarı” isə 2004-cü ildə yaradılıb. Onların nizamnamə kapitalı müvafiq olaraq 49,3 milyon manat və 0,07 milyon manatdır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]