Martda məktəblər yenidən distant təhsilə keçəcək? – AÇIQLAMA

Son günlər koronavirusa yoluxmada ciddi artım qeydə alınır. Bəzi mütəxəssislər bu sayın mart ayında daha çox olacağını bildirir və bunu yaz aylarında infeksion xəstəliklərin artması ilə əlaqələndirirlər. Digər tərəfdən, mövcud durum xüsusilə valideynlərin narahatlığına səbəb olub. Hazırda gündəmdə olan əsas məsələlərdən biri məktəblərin bağlanıb-bağlanmayacağı ilə əlaqəlidir.

Bununla əlaqəli Aktualtv.az-a açıqlama verən təhsil üzrə ekspert Elşən Qafarov deyib ki, yoluxma sayının artımı reallıqdır və bu dövr, xüsusilə də fevral ayı infeksion xəstəliklərin yayılması üçün münbit zamandır:

“Amma artıq keçən ilki vaxt deyil. Ölkə əhalisinin böyük bir hissəsi, o cümlədən təhsil işçiləri, müəllimlər, valideynlərin demək olar hamısı vaksinasiya prosesindən keçiblər. Buna görə də düşünmürəm ki, tədrisin dayandırılmasına ehtiyac var. Bununla bağlı təbii ki, son qərarı Operativ Qərargah verəcək”.

Ekspert xatırladıb ki, məktəblərdə müəllimlərin və şagirdlərin yoluxma halları da kifayət qədərdir:

“Buna baxmayaraq, dərslərin dayandırılması məsələnin həlli yolu deyil. Bu səbəbdən ənənəvi tədris davam etməlidir”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]