Azərbaycanda “Akıncı” pilotsuz uçuş aparatları istehsal edilə bilər

“Azərbaycanın dövlət qurumları Türkiyənin “Akınсı” pilotsuz uçuş aparatları ilə maraqlanır. “Baykar” olaraq Azərbaycanda bu texnologiyanı inkişaf etdirmək üçün təşəbbüs həyata keçirmək istəyirik”.

Aktualtv.az AzTV-yə istinadən xəbər verir ki, bunu “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı, “Baykar Savunma” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar deyib.

Onun sözlərinə görə, sözügedən maraq bu texnogiyanın həm inkişaf etdirilməsi, həm də istehsalı ilə bağlıdır: “İnşallah Azərbaycanda da belə bir təşəbbüs həyata keçirmək istəyirik. Təşəbbüslərə dəstək verəcək strukturu qurmaq istəyirik”, – deyə o qeyd edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]