Uşaqların satdığı salfetin içinə narkotik qoyulur?

Bakıda küçələrdə salfet satan uşaqlarla bağlı ilginc iddia yayılıb.

Aktualtv.az xəbər verir ki, bəzi vətəndaşlar salfet paketlərinin içərisinə narkotik qoyaraq uşaqlara satdırıldığını bildirib. Sosial şəbəkələrdə yayılan iddialara görə, uşaqlardan salfet alan bir şəxsi qısa müddət sonra Çevik Polis Alayının əməkdaşları saxlayıb və paketi açdıqda içərisindən sintetik narkotik çıxıb. Məlumata görə, Tbilisi prospektində baş verən hadisə zamanı polislər onun narkotik alveri ilə məşğul olduğunu bildiriblər və vətəndaşa 1500 manat cərimə yazılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, polis yayılan iddialar barədə məlumatlıdır:

“Bu istiqamətdə müvafiq araşdırmalar aparılır. Məsələnin təfərrüatı araşdırmanın nəticəsindən sonra məlum olacaq”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]