Daha 500 manatlıq əskinas dövriyyəyə buraxılmayacaq – RƏSMİ

500 manat nominallı xatirə pul nişanı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağın azadlığı uğrunda 2020-ci ildə aparılmış 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun tarixi zəfəri münasibəti ilə Azərbaycan Mərkəzi Bankı tərəfindən 04 noyabr 2021-ci il tarixində tədavülə buraxılıb.

Bu barədə Aktualtv.az-ın sorğusuna cavabında Azərbaycan Mərkəzi Bankından bildirilib.

Qeyd olunub ki, beynəlxalq təcrübəyə uyğun olaraq 500 manat nominallı bu xatirə pul nişanı məhdud sayda (1 mln. ədəd) istehsal olunub və onun istehsal limitinin artırılması nəzərdə tutulmur.

“Hazırda istehsal olunmuş 500 manatlıq xatirə pul nişanlarının 22%-i tədavüldədir və bu pul nişanları digər dövriyyə pulları kimi ölkə ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Qanunu”nun 33.6-cı bəndinə əsasən Mərkəzi Bankın buraxdığı pul nişanları, o cümlədən yubiley və xatirə pul nişanları Azərbaycan Respublikasının bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilir”, – məlumatda vurğulanıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]