Putin niyə Makronla uzun masa arxasında görüşüb? – Səbəb açıqlandı

Rusiya Prezidenti Vladimir Putinin Fransa Prezidenti Emmanuel Makron ilə Kremldə uzun masa ətrafında danışıqlar aparmasının səbəbi açıqlanıb.

Aktualtv.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, buna səbəb E.Makronun rusiyalı həmkarı ilə danışıqlardan öncə koronavirus üzrə PZR testdən keçməkdən imtina etməsi olub.

Bildirilib ki, E.Makrona seçim etmək təklif edilib: test verib V.Putinlə daha qısa məsafədən ünsiyyət qurmaq və ya imtina edərək təhlükəsiz məsafəni saxlamaq.

“Biz başa düşürdük ki, testdən imtina etmək əl sıxışmamaq və uzun masa demək olacaq. Amma prezidentin DNT-sinin onların əlinə keçməsinə imkan verə bilməzdik”, – deyə mənbələrdən biri bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]