Vətənpərliyin milli-mənəvi dəyər kimi təbliği ilə bağlı “Vətənpərvərlik – ən ali mənəvi dəyər” sənədli filminin çəkilməsi layihəsinin icrasi ilə bağlı

“Milli Dəyərlərin Qorunması” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 3 ay (01.02.2022-30.04.2022) müddətində “Vətənpərliyin milli-mənəvi dəyər kimi təbliği ilə bağlı “Vətənpərvərlik – ən ali mənəvi dəyər” sənədli filminin çəkilməsi” layihəsini icra edəcək. Azərbaycan Respublikasının Bakı və Sumqayıt şəhərlərində, həmçinin Astara rayonunda gerçəkləşdirilən layihənin əsas məqsədi vətənpərvərliyin bir mənəvi dəyər olaraq hər bir Azərbaycan vətəndaşı üçün vacibliyini göstərmək, cəmiyyətimizin ən mühüm institutu olan hər bir ailə üçün bu dəyəri əvəzedilməz, müqəddəs tərbiyyə elementinə çevirməkdir. 2016-cı ilin aprel döyüşlərinin və 44 günlük vətən müharibəsinin şəhidlərinin həyatı və döyüş yollarını misal göstərərək əsasən gənc nəsildə vətənpərvərlik hisslərinin daha artmasına nail olmaq əsas məqsədlərdəndir. Bu məqsədlərə çatmaq üçün yaradıcı heyət formalaşdırılıb. Peşəkar ssenarist, rejissor, montajçı və digər şəxslərdən ibarət qrup təşkil edilib. Heyətin hər üzvünə qarşıya qoyulan məqsəd və vəzifələr izah edilib. Bundan sonra ssenarinin təkrar dəqiqləşdirilməsi prosesi həyata keçirilib, zəruri elementlər əlavə olunub. Bu işlərdən sonra çəkiliş məkanları və filmdə danışacaq insanlar müəyyən edilib. Onlardan təyin olunmuş vaxt və məkanlarda müsahibələr alımacaq.

İkinci mərhələdə alınan müsahibələr və digər çəkilişlər, həmçinin toplanan arxiv materialları əsasında ssenarinin yekun variantı hazırlanacaq. Bu variant üzərində redaktor işi yekunlaşdırıldıqdan sonra ssenarinin mətni oxunacaq. Bundan sonra filmin audio-video montajı başlayacaq. Film montaj olunduqdan sonra layihə rəhbərinin və yaradıcı heyətin iştirakı ilə bir neçə dəfə baxış keçiriləcək, səhvlər yaxud çatışmazlıqlar aradan qaldırılacaq. “Vətənpərlik – ən ali mənəvi dəyər” sənədli filmi hazır olduqdan sonra Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə baxışa təqdim olunacaq. Filmlə bağlı iradlar olduqda, bunlar aradan qaldırılacaq və film yenidən agentliyə təqdim olunaraq ictimaiyyətə təqdim olunmasına icazə verən rəy alınacaq.

Sənədli filmin təqdimat mərasimi Azərbaycan Dövlət İqtisad Universitetində nəzərdə tutulub. Burada tələbə-müəllim heyəti ilə bərabər 2016-cı ilin aprel döyüşlərinin qaziləri, şəhid ailələri, Vətən müharibəsində qazi olmuş şəxslər və şəhidlərin ailə üzvləri, həmçinin ziyalılar iştirak edəcək. Sənədli filmin təqdimatından sonra çıxışlar ediləcək, fikirlər və təkliflər səsləndiriləcək.

Təqdimat mərasimindən sonra layihənin yekunlaşdırılması ilə bağlı yekun təsviri və maliyyə hesabatları, digər vacib sənədlər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təqdim olunacaq.

Bu layihənin icrası zamanı hazırlanacaq sənədli film gənc nəsildə vətənə, dövlətə və xalqa sədaqəti, məhəbbəti gücləndirəcək, vətənpərvərliyin milli-mənəvi dəyər təbliğ və təşviq olunması işinə mühüm töhfə verəcək, Azərbaycan cəmiyyətində ordumuzun imicinin daimi olaraq yüksək səviyyədə saxlanmasına xidmət edəcək, şəhidlərin adlarının əbədilişdirilməsinin vacibliyini bir daha hər bir vətəndaşın diqqətinə çatdıracaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]