Bakıda bu tarixdə internet-telefon işləməyəcək – RƏSMİ

Fevral ayının 14-dən 21-dək CDMA (Code Division Multiple Access) şəbəkəsini dəstəkləyən baza stansiyasının avadanlıqlarında profilaktik işlərin aparılması ilə əlaqədar müvafiq xidmətlərin göstərilməsində fasilələr yaranacaq.

Bu barədə “Bakı Telefon Rabitəsi” MMC-dən (Baktelekom) verilən açıqlamada deyilir.

Məlumata görə, fasilə əsasən 511 və 555 prefiksli simsiz telefon abunəçiləri hiss edəcək.

Təkmilləşdirmə tədbirləri yekunlaşdıqdan sonra CDMA – simsiz telefon xidmətinin fəaliyyəti tam bərpa ediləcək.

Abunəçilərdən rabitə xidmətlərində yarana biləcək fasilələri nəzərə almaları xahiş olunur.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]