Gənclər arasında təhlükəli yoluxucu xəstəliklərin profilaktikası məqsədilə maarifləndirmə işləri aparılacaq

“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi “Təhlükəli yoluxucu xəstəliklərin profilaktikası məqsədilə ictimai maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı layihəyə start verib.

Bu barədə Aktualtv.az-a “İDQT” ictimai birliyinin sədri, layihə rəhbəri Ziba Nəbiyeva məlumat verib. O bildirib ki, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunacaq layihə dörd ay müddətində Bakı şəhərində həyata keçiriləcək.

Layihənin əsas mahiyyəti təhlükəli yoluxucu xəstəliklərlə mübarizədə vətəndaş cəmiyyəti təşəbbüslərinin gücləndirilməsi və qabaqlayıcı profilaktik tədbir olaraq gənclər arasında viruslu hepatitlər (VH) və digər təhlükəli yoluxucu xəstəliklər mövzusunda ictimai maarifləndirmə işlərinin aparılmasıdır.

Layihə çərçivəsində Gənclər Mərkəzlərində maarifləndirmə tədbirlərinin keçirilməsi planlaşdırılır. Tədbirlərdə gənclər viruslu hepatitlər, kovid infeksiyası və vərəm haqqında – onların simptomları, yoluxma yolları, xəstəlikdən qorunma qaydaları və sair barədə geniş məlumatlar alacaqlar. Məlumatların dərin mənimsənilməsi üçün müxtəlif görüntülərdən və sosial çarxlardan istifadə olunacaq.

Sonda tədbir iştirakçılarına mövzuyla bağlı bukletlər və COVİD-19-un profilaktikasına dəstək olaraq tibbi və gigiyenik vasitələr paylanacaq, həmçinin Gənclər Mərkəzlərinə adı qeyd olunan vasitələrlə yanaşı maarifləndirici stendlər də təqdim olunacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]