Videosu yayılan direktorların hamısı işdən çıxarılıb

“Nöqsanlara yol verən və bununla bağlı videoları yayılan direktorların hamısı işdən azad edilib. Bu mənada yayılan videoların faydalı olduğunu düşünürük”.

Aktualtv.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, həmin videolar ictimai nəzarətin bir formasıdır: “Mənim problemim videoların paylaşmasında deyil, problem videolar əsasında müəyyən mənada ümumiləşdirmənin və qeyri-düzgün təhlil aparılmasıdır. Bu videolar varsa, onların bizə göndərilməsində fayda var. Bir hal belə tapmazsınız ki, bu tip neqativ hallarda nazirlik tədbir görməsin. Nazirlik olaraq təhsilin keyfiyyətini artırmaq və davranış qaydalarına əməl olunmasını istəyirik”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]