Rusiya-Ukrayna müharibəsi olacaq?

Rusiya və Fransa prezidentləri Vladimir Putinlə Emmanuel Makron Donbasla bağlı işçi qrupunun yaradılması barədə razılığa gəliblər.

İşçi qrupunun əsas məqsədi qoşunların təmas xəttində atəşkəs üçün şərait hazırlamaq olacaq.

Bu müharibənin olmayacağı anlamına gəlir?

Bu barədə Modern.az-a danışan politoloq İlqar Vəlizadə bildirib ki, istənilən halda tərəflər müharibə istəmir:

“İşçi qrupu müharibə ssenarilərinin gerçəkləşməməsi üçün danışıqların zəruriyyətini göstərir. Həqiqətən, hərbi-siyasi vəziyyət o həddə çatar ki,  müharibə qaçılmaz olar. Tərəflər də bunu istəmədikləri üçün danışıqlara cəhd göstərirlər”.

Ekspertin sözlərinə görə, bu danışıqlar uğurlu olacaqmı və ya vəziyyətə hansısa konkret təsir göstərəcəkmi bunu bilmək olmur:

“Təəssüflər olsun, son olaylar göstərir ki, danışıqların real vəziyyətə təsiri olmur. O ki qaldı müharibə olacaqmı kimi suallara bunu konkret heç kim cavablandıra bilməz:

“Amerikanın ən yüksək rütbəli məmurları, dövlət katibi deyirdi ki, müharibə filan tarixdə başlayacaq. Amma müharibə deyilən tarixdə başlamadı. Bu bəyanatlar daha çox siyasi xarakter daşıyır. Belə siyasi xarakterli mesajlar verilir ki, Putini müharibədən çəkindirsinlər”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]