29 Şəhidə həsr olunmuş “Kiçik dünyanın böyük insanları” kitabının təqdimatı keçirildi

Fevralın 22 də Cəmşid Naxçıvanski adına Hərbi Liseydə filologiya üzrə fəlsəfə doktoru, Milli Mədəniyyətin Təbliği ictimai birliyinin rəhbəri Cəfərova Jalənin “Kiçik dünyanın böyük insanları” kitabının təqdimatı  keçirilib.

Hərni Lisey rəisinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini ,şöbə rəisi polkovnik  Müslüm Nəsirov qonaqları salamlayaraq  Dövlət Himnimizi səsləndirməklə  tədbiri açıq elan etdi.  Hərbi Liseyin yaranma tarixindən keçdiyi şərəfli yolundan, Vətən Müharibəsində şəhid olan məzunlardan ətraflı məlumat verdi.  Daha sonra cənab polkovnik uzun illər Jalə Cəfərovanın bu hərbi məktəblə sıx əlaqəsindən ,dəfələrlə keçirtdiyi  təqdimatları xatırlatdı.Polkovnik Müslüm Nəsirov”Çox sevundirici haldır ki Jalə xanımın daim bir yazar olaraq şəhid mövzusu bizi çox sevindirir və bu gün də növbəti  “Kiçik dünyanın böyük insanları” kitabının məhz bizim kursant və müəllim heyətiylə keçirılməsi  çox sevindirici  hal kimi dəyərlənməlidir. Həm ürək ağrısıyla həm də qürurla qeyd etmək istəyirəm ki Vətən Müharibəsində iki məzunumuz şəhid  oldu. Onları unutmuruq və hər birinin  keçdiyi şərəfli ,rəşadətli  döyüş yolu indiki gənc kursantlara  örnəkdir”

Liseyin Bədii qiraət dərnəyinin rəhbəri Gülsəda Aman və Dram dərnəyinin rəhbəri Aynurə Qulamovanın  kursantlarla birgə hazırladıqları  tamaşalar zalda hər kəsi duyğulandırdı.  Söz müəllifə verildi. Jalə Cəfərova  təqdimata gələn bütün qonaqları salamlayaraq  nədən kitabın adını məhz “Kiçik dünyanın böyük insanları” adlandırdım mövzusunda fikirlərini paylaşıb.”Hər qapını çalıb ailələrlə ,igid oğullarımızın keçdiyi şərəfli yolları əzizlərindən eşitdikcə,illərlə unudulmayan əziz,kövrək xatirələri dinlədikcə dünya gözümdə belə igidlərin və valideynlərin qarşısında çox kiçik görsəndi…”  Söz qonaqlara və şəhid  valideylərə verildi.   Demək olar ki bütün valideynlər ürək  sözlərini dedilər. Təqdimatın sonunda  kitabın redaktoru Qarabağ qazisi Rövşən Əhmədli  öz adından və Milli Mədəniyyətin Təbliği ictimai birliyi adından təşəkkür edərək polkovnik Müslüm Nəsirov cənablarına, Gülsəda Aman, Aynura Qulamova xanıma, operator Emin Hüseynova  həmçinin təqdimatda fəal iştirak edən 24 kursanta Fəxri Diplomlar təqdim etdi. Qonaqlar kursantlarla ,yaradıcı heyətlə xatirə şəkilləri çəkdirdilər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]