Axtarışda olan azərbaycanlı Ukraynada tapıldı

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan Azərbaycana ekstradisiya olunub.

Baş Prokurorluqdan bildirilib ki, Azərbaycan vətəndaşı Adil Orucovun ekstradisiyası haqqında qərar qəbul edilib.

Ağstafa rayon prokurorluğunda istintaq olunan cinayət işi üzrə Adil Orucov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilib. Cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.

A.Orucov Ukrayna ərazisində müəyyən edilərək 2022-ci ilin yanvarında həbs edilib, fevralın 24-də Azərbaycana gətirilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]