Ukraynaya misli görülməmiş yardım edilir – 500 milyon avro

Avropa İttifaqının xarici işlər nazirləri Ukrayna ordusuna misli görünməmiş yardım, o cümlədən 450 milyon avro dəyərində silah tədarükünü maliyyələşdirməyə razılaşıblar. 

Bu barədə Aİ-nin diplomatı Cosep Borrell bildirib.

“Biz 450 milyon avro dəyərində və 50 milyon avro dəyərində öldürücü silahların tədarükü imkanımızdan istifadə edirik… Biz bunu ilk dəfədir edirik”, – Borrell Aİ-nin xarici siyasət rəhbərləri ilə videokonfransdan sonra keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Aİ müdafiə nazirləri görüşərək Ukrayna ordusuna silahların necə çatdırılmasını müzakirə edəcəklər. Polşa Ukrayna üçün silah toplayan mərkəzə çevriləcək.

Qərarın yaxın saatlarda rəsmiləşdirilərək dərc olunacağı qeyd olunub. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]