Bakıdan Həştərxana növbəti reys ləğv edildi

“Buta Airways” aviaşirkəti Rusiyanın cənubunda hava məkanından istifadədə müvəqqəti rejimin yaradılması ilə əlaqədar martın 3-ü cümə axşamına planlaşdırılan Bakı-Həştərxan-Bakı reysini ləğv edib.

Aviaşirkətdən “Aktualtv.az”a daxil olan məlumata görə, mövcud vəziyyətlə əlaqədar olaraq ləğv edilmiş reysin sərnişinləri biletləri digər tarixlərə dəyişdirə və ya cərimələr tətbiq edilmədən geri qaytara bilərlər.

Bütün sərnişinlərdən ən son uçuş məlumatlarını aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində izləmələri xahiş olunur.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]