Çex hökuməti könüllülərə Ukraynada döyüşməyə icazə verdi

Rusiya işğalçılarına qarşı döyüşmək üçün Ukraynaya getmək niyyətində olan Çexiya vətəndaşları öz ölkələrində cinayət təqibi ilə hədələnmir.

Bu barədə Çexiyanın baş naziri Petr Fiala “Twitter” səhifəsində məlumat verib.

“Prezidentlə (Miloş Zeman – red.) görüşdə razılaşdıq ki, Ukraynaya gedib Ukraynanın tərəfində döyüşmək istəyən insanların cəzasız qalmasına zəmanət verə bilərik.

Qeyd edək ki, başqa ölkənin silahlı qüvvələrində hərbi xidmətə görə, Çexiyanın mövcud qanunvericiliyinə əsasən, vətəndaşları 5 il həbs cəzası gözləyir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]