Bu ölkə Ukraynaya döyüş təyyarəsi verməkdən imtina edir

Slovakiya öz təyyarələrini Ukraynaya təhvil verməyi planlaşdırmır.

Aktualtv.az xəbər verir ki, bu barədə Slovakiya Müdafiə Nazirliyinin sözçüsü Martina Koval-Kakaşçikova bildirib.

“Slovakiya öz təyyarəsini Ukrayna tərəfinə təhvil verməyi planlaşdırmır. Bu məsələ heç vaxt müzakirə olunmayıb. Biz adekvat dəyişdirilmədən hava məkanımızın mühafizəsinin belə mühüm elementini başqa ölkəyə ötürə bilmərik” –  qurum rəsmisi qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətinin açıqlamasında Bolqarıstan, Polşa və Slovakiyanın müharibəyə məruz qalan ölkəyə döyüş təyyarələrinin veriləcəyi bildirilmişdi.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]