Toylar üçün icazə alınmalıdır – Qərar dəyişdi

Toylarla bağlı “icaze.e-gov.az” portalında qeydiyyatdan keçmək tələbi yenidən aktivləşib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev Aktualtv.az a açıqlamasında bildirib ki, bu sahədə sui-istifadə hallarının qarşısını almaq məqsədilə şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibinin həmin obyekt daxilində müvafiq məlumatları – mərasiminin keçirilməsi tarixinə ən azı 5 gün qalmış “icaze.e-gov.az” portalına daxil etməsi ilə bağlı tələb qüvvədə saxlanılır.

Qeyd edək ki, toylara qoyulan say limitinin ləğv edilməsindən sonra açıqlanan məlumatda qeydiyyatdan keçmək tələbinin də ləğv edildiyi bildirilmişdi.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]