Çörəyin qiymətində yenidən bahalaşma… AÇIQLAMA

“Belə fikirlər var ki, guya, çörəyin qiyməti yenidən artacaq. Ötən gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə əlaqə saxladım, bildirildi ki, belə bir məsələ yoxdur. Xidmət tərəfindən monitorinqlər keçirilir”.

Aktualtv.az  unikal.org-a istinadla xəbər verir ki, bunu açıqlamasında deputat Vahid Əhmədov deyib. Taxılın idxalı məsələsinə gəlincə, deputat bildirib ki, taxıl bir çox ölkədə satılır:

“Pakistan kifayət qədər taxıl ixrac edir. Qazaxıstanla müqaviləmiz var ki, bu ölkədə taxıl problemi yoxdur. Oradan idxal edirik.

Bu, bizim daxili bazara təsir etməli deyil. Çörəyin qiyməti yeni qalxıb. Taxılı istənilən ölkədən alıb gətirmək olar. Vaxt var idi, uzaq Latın Amerikası ölkələrindən taxıl alırdıq. Əsas odur ki, vəsait var. Bu baxımdan bizim ölkədə taxılda problem yaranmamalıdır.

Dövlət Ehtiyatlar Agentliyi taxıl ehtiyatı ilə ciddi məşğul olur. Yaxın zamanlarda qiymət artımlarının olacağını gözləmirəm. Rusiya ilə bağlı sanksiyalar uzunmüddətli olarsa, müəyyən problemlər yarana bilər”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]