“Putin qəzəblidir, 8 generalı işdən qovdu…” – Təhlükəsizlik Şurasının rəhbəri

Rusiya prezidenti Vladimir Putinin Ukraynada bir sıra biabırçı uğursuzluqlardan sonra qəzəbləndiyi və yüksək səviyyəli generalları işdən çıxardığı iddia edilib.

Aktualtv.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Şurasının rəhbəri Oleksiy Danilov məlumat yayıb.

Onun sözlərinə görə, Moskva uğursuzluğa düçar olandan sonra strategiyasını dəyişməyə çalışıb:

“Müharibə başlayandan bəri Putin təxminən səkkiz rus generalını vəzifəsindən kənarlaşdırıb”, – deyə o, ifadə edib.

Təhlükəsizlik üzrə ekspert və keçmiş Britaniya kəşfiyyatçısı Filip İnqram Britaniyanın “The Times” qəzetinə açıqlamasında, “Putin “çox qəzəblidir”. Rusiya lideri onu pis qərarlar qəbul etməsinə səbəb olan məsləhətlərə görə kəşfiyyatı günahlandırır”, – deyə ifadə edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]