Şərqi Zəngəzurdan Naxçıvana yol Ermənistanın 5 km-liyindən keçəcək

Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantılarının yaradılması üçün Araz çayı üzərində tikiləcək iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpü, eləcə də rabitə və enerji təminatı infrastrukturu Ermənistanın dövlət sərhədinə 5 km məsafədən keçəcək.

Tərəflər ərazilərində gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla, ən azı 1000 ədəd yük nəqliyyatı parkını (ixrac, idxal və tranzit malları) qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsinin tikilməsini öz öhdəsinə götürüb.

Tərəflərin qanunvericiliyi ilə müəyyənləşdiriləcək şirkət layihə sənədlərini bir ay müddətində hazırlayacaq və qanunvericiliyin tələblərinə uyğun olaraq razılaşdırılacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]