Azərbaycanda “İkinci Arvad” şirkəti yaradıldı

Azərbaycanda xarici ölkə vətəndaşı tərəfindən qeyri-adi ada malik şirkət təsis edilib.

Aktualtv.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyest məlumatlarına istinadən xəbər verir ki, ötən ilin avqustunda “İkinci Arvad” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) adlı kommersiya qurumu yaradılıb.

Kiçik sahibkarlıq qurumu olan bu şirkət Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 237, mənzil 34-də qeydiyyatdadır. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi isə Muhammad Azeem Sarvar (Sarwar) adlı şəxsdir.

Şəxsin adından onun Pakistanlı olduğunu təxmin etmək olar.Sfera.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]