“Kadırovu qətlə yetirən şəxsə ev verəcəyəm” – Ukraynalı deputat (FOTO)

Ukraynalı deputat Yevgeni Rıbçinski Ukraynaya gəlməsi ilə öyünən Çeçenistan lideri Ramzan Kadırovu qətlə yetirən şəxsə ev verəcəyini vəd edib. 

Aktualtv.az  xəbər verir  ki, o, bu barədə “Facebook”da yazıb.

“Əgər Kadırov həqiqətən də Kiyevin yaxınlığındadırsa, o zaman Silahlı Qüvvələrin hər bir döyüşçüsü bu rüsvayçılığı məhv etməyi qarşısına məqsəd qoymalıdır. Söz verirəm ki, kim Kadırovun başını  gətirsə, ona Kiyev yaxınlığında 40 hektar ərazisi olan bir ev verəcəyəm!” , – deyə o,  bildirib. 

Qeyd edək ki, ötən gün Ukrayna Daxili İşlər Nazirliyinin rəhbərinin müşaviri Anton Geraşenko Kadırov Ukraynaya gəldiyini və İvankovda zirzəmidə çeçen əsgərlərlə görüşdüyü açıqlamışdı. 

ekran görüntüsü

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]