“Bu çətin zamanda göstərdiyi həmrəyliyə görə Türkiyəyə təşəkkür edirəm” – Kuleba

Ukrayna xarici işlər naziri Dmitri Kuleba və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Aktualtv.az xəbər verir ki, bu barədə Ukrayna XİN başçısı “Twitter”də bildirib:
“Dostum Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu ilə telefon danışığımız oldu. O, Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün Türkiyənin davam edən səyləri barədə mənə məlumat verdi. Biz, Ukraynada sülhün bərqərar edilməsi üçün birgə addımlarımızın koordinasiyasının davam etdirilməsinə razılaşdıq. Bu çətin zamanda göstərdiyi həmrəyliyə görə Türkiyəyə təşəkkür edirəm” – D. Kuleba qeyd edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]