Baş nazirlərin müavinlərinin deputatlarla görüşü təşkil edilsin – TƏKLİF

“Baş nazirlərin müavinlərinin deputatlarla rübdə bir dəfə görüşü təşkil edilsin”.

Aktualtv.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Cavid Osmanov deyib.

Deputat bildirib ki, bu, rayonlardakı problemlərin həlli üçün yaxşı nəticə verə bilər: “Baş nazirin müavinləri ilə deputatlar rübdə bir dəfə rayonlarda olan problemləri müzakirə etsinlər. Bununla hesabat iclasına qədər rayonlarda olan problemlərin həllinə daha çox nail ola bilərik. Bu, həm də hökumət və parlament arasında əlaqələrin də daha da möhkəmlənməsinə səbəb olar”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]