Ramiz Mehdiyev AMEA-nı tərk etdi – (YENİLƏNİB)

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyev artıq akademiyanı tərk edib.

“Unikal”ın əldə etdiyi məlumata görə, onun AMEA-nı tərk etməsini lentə almaq istəyən şəxslərə mane olunub.

***

14:19

AMEA prezidenti vəzifəsini icra edən Arif Həşimovun köməkçisi Nuray Nuruzadə “Unikal”a açıqlamasında bildirib ki, A.Həşimov hazırda iclasdadır:

“Arif müəllim saat 3-də digər bir iclasa da qatılacaq”.

***

14:13

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyev bu gün saat 12-də AMEA-ya gəlib.

“Unikal”ın əldə etdiyi məlumata görə, o, hazırda akademiyanın prezidenti vəzifəsini icra edən Arif Həşimovla və akademiyanın digər bir neçə əməkdaşı ilə AMEA prezidentinin kabinetindədirlər.

Qeyd edək ki, R.Mehdiyev ötən ay AMEA prezidenti vəzifəsindən istefa verib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]