Ərdoğanla Putin arasında telefon danışığı oldu

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıb. Bu gün isə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb”.

Aktualtv.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu martın 17-də Ukraynanın Lvov şəhərində bu ölkənin xarici işlər naziri Dmitro Kuleba ilə keçirdiyi görüşdən sonra deyib.

O söyləyib ki, hər kəs Ukraynanın apardığı mübarizəni görür: “Ukraynın ərazi bütövlüyünü dəstəkləyirik. Humanitar yardımlarımız davam edəcək. Türkiyə ilk gündən etibarən savaşı dayandırmağa çalışır”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]