Rusiyada general hərbi məlumatları sızdırdığına görə SAXLANILDI

Rusiya Qvardiyasının rəis müavini, general Roman Qavrilov FTX-nin hərbi əks-kəşfiyyat idarəsi tərəfindən saxlanılıb. 

Aktualtv.az  xəbər verir ki, bu barədə “Bellingcat” nəşrinin rəhbəri Xristo Qrozev öz “Twitter” hesabında yazıb. 

Qavrilovun Kremlin hərbi əməliyyatı ilə bağlı məlumatları sızdırmaqda ittiham olunaraq saxlandığını bildirib.

Həmçinin də, ölkədən qaçan rusiyalı dissident Vladimir Oseçkin sosial şəbəkədə 46 yaşlı Qavrilovun çox sayda rus əsgərinin həyatını itirməsindən sonra saxlanıldığını açıqlayıb. Bütün səlahiyyətlərindən məhrum edilən Qavrilovun sonradan azadlığa buraxıldığı da iddia edilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]