Bayram günlərinə olan hava proqnozu AÇIQLANDI

Bayram günləri üçün hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Aktualtv.az”a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bayram günlərində gözlənilən hava şəraitinin martın 20-də arabir yağıntılı olacağı gözlənilir.

Abşeron yarımadasının bəzi ərazilərində sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, axşam yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə və gündüz 2-5° isti olacaq.

Martın 21-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcək, səhər şimal-şərq küləyi 8-13 m/s.
Havanın temperaturu gecə 1-3° isti, gündüz 6°-dək isti olacaq.

Martın 22-də arabir yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Şimal küləyi 10-15 m/s, gündüz arabir 18-23 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 2-4° isti, gündüz 6°-dək isti olacaq.

Martın 23-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi 15-20 m/s-dək güclənəcək, gündüz şimal-şərq küləyi 8-13 m/s.
Havanın temperaturu gecə 2-4° isti, gündüz 6-8° isti olacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]