Türkiyədə güclü partlayış – Xəsarət alanlar var

Türkiyənin Bingöl vilayətində Xüsusi Hərəkat Şöbəsində təlim bölgəsinə döyüş sursatlarının çatdırılması zamanı partlayış baş verib.

Aktualtv.az  xəbər verir ki, baş verən partlayışda 2 polis əməkdaşı ağır yaralanıb.

Bingöl Qubernatorluğundan verilən açıqlamada deyilir ki, partlayış saat 13:30 radələrində Kaleönü Məhəlləsindəki Xüsusi Hərəkat Şöbəsində təlim bölgəsinə döyüş sursatı (tank əleyhinə) daşınarkən baş verib.

Ağır yaralanan polislərin Bingöl Dövlət Xəstəxanasına çatdırıldıqları bildirilir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]