QHT qazilərə Bakı şəhərində səyahətlər təşkil edəcək

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə  Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi ictimai birliyi “Vətən Müharibəsində iştirak edən qazilərə Azərbaycanın tarixi və görməli  yerlərinə səyahətlərin təşkili və sosial-psixoloji dəstəyin göstərilməsi” layihəsinin icrasına başlayıb. 

Bu barədə Aktualtv.az-a  Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi ictimai birliyinin sədri  Şəbnəm Rəfaelqızı məlumat verib.O, qeyd edib ki, layihə 3 ay icra olunacaq. Vətən müharibəsində iştirak edən  qazilərə psixoloji dəstək üçün tarixi yerlərə səyahətlərin təşkil edilməsi nəticəsində onların aktivliyinin artırılmasına xidmət edir. Layihənin məqsədi Vətən müharibəsində iştirak edən  qazilərə psixoloji dəstək olaraq, onların cəmiyyətə  inteqrasiyasına yardımçı olmaq, aktivliklərini artırmaq və diqqətləri onların üzərinə  yönəltməkdir. 
İlk tədbir 26 mart 2022-ci il tarixində bir qrup qazini Bakı şəhərində və ətrafında olan tarixi yerlərə səyahətlə başlayacaq . Onlarla  psixoloqlar söhbətlər aparacaqlar.“Vətən Müharibəsində iştirak edən qazilərə Azərbaycanın tarixi və görməli  yerlərinə səyahətlərin təşkili və sosial-psixoloji dəstəyin göstərilməsi” layihəsi çərçivəsində gəzintilərdə məşhur restoranlardan birində yemək , çay-kofe və şiriniyyat stolu düzənlənəcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]