Sülhməramlılar postları Azərbaycana təhvil verir – Pritçin

Bəzi məlumatlara görə, Qarabağda Rusiyanın sülhməramlı kontingentinin müəyyən qədər azalması müşahidə olunur. Rusiya Federasiyasının Müdafiə Nazirliyindən bu barədə rəsmi məlumat yoxdur. Məsələ burasındadır ki, əgər sülhməramlı kontingent haqqında məlumatlar düzgündürsə, bu vəziyyətdə blokpostların sayı azalır. Rus əsgərləri bəzi postları tərk edib gedir, Azərbaycan Ordusu isə avtomatik olaraq həmin nöqtələri öz nəzarətinə götürür.

Aktualtv.az Axar.az-a istinadən xəbər verir ki, bu fikirləri Postsovet Araşdırmaları Mərkəzinin böyük elmi işçisi, Rusiya Elimlər Akademiyasının üzvü Stanislav Pritçin bölüşüb.

“Bu vəziyyət Ermənistan tərəfinin narahatlığına səbəb olub. Onlar hazırda beynəlxalq ictimayətin bu məsələyə diqqət cəlb etməsinə çalışır. Qarabağla bağlı informasiya kampaniyası da məhz bununla izah olunur. Lakin hazırda regionda vəziyyətin gərginləşməsi üçün heç bir əsas yoxdur”, – deyə ekspert bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]