Ramazan bayramının tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramının tarixləri açıqlanıb.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Ramazanla bağlı fətvasında deyilir.

Fətvada qeyd olunur: “Ramazan bayramı Şəvval ayının 1-i – Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 2-nə təsadüf edəcəkdir, inşallah. Bütün İslam ümmətini mübarək Ramazanın gəlişi münasibətilə təbrik edir, müqəddəs dinimizə ehtiram nümayiş etdirməkdə, oruc ibadətimizi layiqincə tamamlamaqda bizə yardımçı olmasını Uca Rəbbimizdən diləyirik! Allah oruc və namazlarımızı qəbul etsin, bizləri məğfirət və mərhəmətə nail olan bəndələrindən qərar versin.

Allahdan diləyim budur ki, Öz Böyük Mərhəmət və Kəramətini xalqımızın üzərində bərqərar etsin, dövlətimizi qalib və dövlət rəhbərimizi hər zaman müzəffər qərar versin, bütün ülvi arzu və xoş niyyətlərimizin gerçəkləşməsini bizlərə qismət etsin. Amin”

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]