“Ukrayna sülh naminə ərazilərindən imtina edəcəkmi?” – sualına Zelenskidən CAVAB

Ukrayna prezidenti Vladimir Zelenski “CBS”  telekanalının “60 dəqiqə” proqramına  müsahibə verib.  

Aktualtv.az xəbər verir ki, müsahibədə Zelenskidən sülh üçün Ukraynanın hər hansı bir hissəsindən imtina etməyə hazır olub-olmadığı soruşulub. 

Ukrayna dövlət başçısı cavabında sülh naminə Ukrayna ərazilərini Rusiyaya verməyə hazır olmadığını bəyan edib.

“Biz ümumiyyətlə dövlətimizdən, ərazilərimizdən imtina etməyə hazır deyilik. Və düşünürəm ki, biz hazır olsaydıq, müharibə olmazdı. Biz Rusiya tərəfini başa düşürük. Başa düşmədiyim Krımın Rusiya ərazisi kimi tanınmasıdır. Mən bunu tanımıram. Və sonra onlar Donbassla bağlı sualları həll etmək istəyirlər və iştahları artıb, onlar bütün Donbassı istəyirlər, sonra isə Xerson bölgəsini və cənubun bir hissəsini ələ keçirib müvəqqəti işğal ediblər və bilirik ki, onlar çox həvəslidirlər”, – deyə Zelenski  bildirib. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]