“Müharibənin yeni dalğası başlayacaq” – Zelenskidən XƏBƏRDARLIQ

“Ukraynanın şərqində və cənubunda Rusiya ilə müharibənin yeni dalğası başlayacaq, ən çətin döyüşlər olacaq”.

Aktualtv.az  xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Ən çətin döyüşlərdən biri olacaq. Sadəcə bir döyüş də olmayacaq. Biz düşünürük ki, bu müharibənin yeni dalğası olacaq. Biz hansı həcmdə texnikanın olacağını bilmirik, ancaq anlayırıq ki, indikindən dəfələrlə çox olacaq. Biz ölkəmizin şərqində və cənubunda hərbi texnikanın, hərbçilərin cəmləşməsini görürük. Düşmənin gedəcəyi, demək olar ki, bütün dəhlizləri anlayırıq. Onların nə etməyə hazırlaşdığını bilirik, anlayırıq ki, tab gətirə bilib-bilməyəcəyimiz bizə ediləcək köməkdən, xüsusən də ABŞ-ın hansı sürətlə bizə silah verməsindən asılı olacaq”, – deyə V.Zelenski qeyd edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]