Emin Əmrullayev Misir Mərdanovun qərarını LƏĞV ETDİ

Təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsil proqramı (kurikulum)”u təsdiqləyib.

Aktualtv.az xəbər verir ki, bu barədə təhsil naziri əmr imzalayıb.

Əmrə əsasən, Təhsil Nazirliyinin 1998-ci ildə təsdiq edilmiş “Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı” və Nazirliyin 10 iyul 2012-ci il tarixli 1329 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş)” ləğv edilib.

Təhsil İnstitutuna (Rüfət Əzizov) “Məktəbəqədər təhsil proqramı (kurikulum)”nın əsasında metodiki tövsiyələrin hazırlanmasını təmin etmək tapşırılıb.

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.

Qeyd edək ki, ləğv edilən əmri sabiq Təhsil naziri Misir Mərdanov imzalamışdı.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]