Su qızdırıcıları gömrük rüsumundan azad OLUNDU

Azərbaycana idxal olunan günəş işığı ilə işləyən su qızdırıcıları gömrük rüsumundan azad olunub.

Aktualtv.az  xəbər verir kiNazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Qərara əsasən, daxili yanma mühərriklərindən çıxan qazın təmizlənməsi və ya filtrlənməsi üçün birləşdirilmiş və ya birləşdirilməmiş katalitik çevirici və ya hissəcik filtrinin hər ədədi üçün isə 5 faiz idxal gömrük rüsumu müəyyənləşib.

Bu Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]