İran Rusiyaya silah bağışlaması xəbərini təkzib etdi

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəsinin şirkətlər vasitəsilə Rusiyaya silah tədarükü barədə məlumatı təkzib edib.

Aktualtv.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Tvitter səhifəsində yazıb.

“Xarici işlər naziri Hüseyn Əmir Abdullahianla telefonla danışdım. İran Rusiyanın Ukrayna ilə müharibəsinə qarşıdır, diplomatik həll yolunu dəstəkləyir. Ona İran şirkətlərinin köməyi ilə Rusiyaya silah tədarükü barədə iddiaları təkzib etdiyinə, Ukraynaya tibbi briqada göndərdiyinə görə minnətdaram”, – nazir bildirib.

Qeyd edək ki, Britaniyanın “Qardian” qəzeti öz mənbələrinə istinadən Rusiyanın müharibə üçün İrandan gələn qaçaqmalçıların köməyilə İraqdan silah-sursat aldığını bildirmişdi.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]