Həbs edilən sayt rəhbəri azadlığa buraxıldı

Jurnalist, Masallı rayonunda dərc olunan “Cənub xəbərləri” qəzetinin baş redaktoru Zahir Əmənov azadlığa buraxılıb.

Aktualtv.az  xəbər verir ki, bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.

Z.Əmənovun barəsində polis nəzarətinə verilmə tədbiri seçilib.

Qeyd edək ki, “cenub.az” xəbər portalının rəhbəri Z.Əmənov bir neçə gün əvvəl Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

İddialara görə, Z.Əmənov Masallı Rayon İcra Hakimiyyətinin Sığdaş kənd ərazisi üzrə nümayəndəsi İsrafil Əliyevdən hədə-qorxu yolu ilə pul alıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]