“Güllələnmiş heykəllər”in alınaraq Azərbaycana qaytarılmasına 500 min dollar xərclənib

Erməni işğalı nəticəsində qarət edilərək Gürcüstana aparılan “Güllələnmiş heykəllər”in alınmasına xərclənən məbləğ açıqlanıb. 

Aktualtv.az  xəbər verir ki, bunu Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov “Qarabağın və Şərqi Zəngəzurun Memarlıq İrsi. Bərpa, Qorunma və istifadə problemləri” adlı Beynəlxalq Elmi Konfransda çıxışı zamanı qeyd edib.

O bildirib ki, heykəllərin alınması və Azərbaycana gətirilməsi üçün 500 min dollar xərclənib: “O heykəllərin  Gürcüstanda metal kimi satılmasına cəhd olmuşdu. Gürcüstan hökümətinin köməyi ilə heykəllər alınaraq, Azərbaycana gətirilib. Artıq həmin heykəllər bərpa edilib və Şuşada, öz tarixi yerindir”.

İcraçı direktor eyni zamanda, kilsələrdən 800 yaşı olan freskanın ermənilər tərəfindən oğurlanması faktını da diqqətə çatdırıb:  “2000-ci ilin 23 dekabrında erməni keşiş müsahibəsi zamanı etiraf etmişdi ki, kilsədəki 800 illik freskanı qoparıb Ermənistana aparmışıq”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]