Mübariz Mənsimovun şəhid qardaşların adını verdiyi gəmi suya buraxıldı – Foto/Video

Vətən müharibəsində şəhid olan qardaşlar İman və Bəhram Məmmədzadələrin adlarını daşıyan “Palmali Holding”ə məxsus gəmi bu gün suya buraxılıb. 

Aktual TV xəbər verir ki, mərasimdə şəhidlərin valideynləri də iştirak ediblər. 

Onlar “Palmali Holding”in prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimovun dəvəti ilə Türkiyəyə səfər ediblər. Onların valideynləri ilə görüşən iş adamı bundan sonra da şəhidlərin adlarını yaşatmaq naminə belə addımların atılacağını bildirib. 

Qeyd edək ki, İman və Bəhram Məmmədzadələr qardaşları
İman Məmmədzadə 14 sentyabr 1998-ci ildə, Bəhram Məmmədzadə isə 28 aprel 2000-ci ildə
Lerik rayonunun Kəlvəz kəndində anadan olublar. İman 2005-ci ildə kənddəki məktəbdə, Bəhram isə 2006-cı ildə Lənkəran şəhər 5 saylı orta məktəbində birinci sinifə gediblər.
Hər iki qardaş 2007-ci ildən Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsində 117 saylı orta məktəbində təhsillərini davam etdiriblər.
2015-ci ildən qardaşlar öz arzuları ilə
Rusiyanın Həştərxan şəhərində “Gəmi kapitanlığı” kurslarında oxuyublar. Lakin 2016-cı ildə İman Məmmədzadənin milliyyətcə erməni olan müəllimi əllərinin qana batmaqda ittiham etməsi üzündən qardaşlar təhsillərini yarımçıq qoyub və Samara universitetində turizm üzrə təhsillərini davam etdiriblər. İdmanla məşğul olublar. Bəhram Məmmədzadə 15 yaşında ermənini güləş döşəyində məğlub edərək ilk dəfə Həştərxanda Azərbaycanın bayrağını dalğalandırıb. 2019-cu ildə İman və Bəhram Məmmədzadələr qardaşları Samara şəhərində təhsillərini bitirəndən sonra “Öncə Vətən” deyib həqiqi hərbi xidmətə getmək üçün Azərbaycana dönüblər.
29 iyul 2020-ci ildə Məmmədzadələr qardaşları Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayonu şöbəsi tərəfindən həqiqi hərbi xidmətə aparıldılar. N saylı hərbi hissədə xidmətə başlayan Məmmədzadələr qardaşları 2020-ci il sentyabrın 27-də hərbi hissənin tərkibində Vətən müharibəsinə qatıldılar. Füzuli, Cəbrayıl və Xocavəndin azad olunması uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmanlıq və şücaət nümayiş etdiriblər. 44 günlük müharibənin 30 gününü çox mərdi-mərdanə savaşan Məmmədzadələr qardaşları oktyabr ayının 27-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi uğrunda gedən gərgin döyüşlər zamanı qəhrəmancasına şəhid olublar.
Şəhidlikdən bir müddət əvvəl valideynləri ilə görüşən İman və Bəhram ayrılarkən belə deyiblər: “Ana, hər kəsə de ki, unutmasınlar”. Bu, İman və Bəhram Məmmədzadələr qardaşlarının vəsiyyəti idi.


Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]