“Azad Azərbaycan” radiosunun yayımı dayandırılacaq

25 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib. İclasda 15–22 aprel 2022-ci il tarixləri arasında ümumölkə yerüstü radio yayımçılarının proqramlarının monitorinqinin nəticələri müzakirə olunub.
Audiovizual Şuradan verilən məlumata görə, 20 aprel 2022-ci il tarixdə “Azad Azərbaycan” radiosunun efirində saat 19.00-20.00 aralığında 13 dəqiqə 55 saniyə reklamın yayımlanması ilə “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 20.7-ci maddəsinin tələbinin pozulması faktı qeydə alınıb.
Bu səbəbdən, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 41.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Audiovizual Şurası “Azad Azərbaycan” radiosu proqramlarının yayımının 28 aprel 2022-ci il tarixdə saat 21.00-dan 24.00-dək 3 saatlıq dayandırılması haqqında qərar qəbul edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]