“Qarabağın su hövzələrində yarış keçirilə bilər” – Əhməd İsmayılov

“Bakı buxtasında yelkənli idman üzrə beynəlxalq yarışlar keçirilə bilər”.

Aktualtv.az xəbər verir ki, bunu, Azərbaycan Yelkən Federasiyasının Ümumi Yığıncaq üzvü, MEDİA-nın direktoru Əhməd İsmayılov mətbuat konfransında deyib.

O, yeni əcnəbi mütəxəssislərin gəlişi ilə hədəf və ambisiyaların böyüdüyünü bildirib: “Klublarımızda rəqabətin artırılması ilə yeni idmançıları heyətə cəlb edəcəyik. Təhsil Nazirliyinin də dəstəyi ilə məktəblilərin bu növə marağını artırmaq istəyirik. Rəqabət nəticəsində gələcək beynəlxalq yarışlarda yüksək nəticələr göstərəcəyik”.

İsmayılov federasiyada Şuşa ilə bağlı müzakirələrin aparıldığını söyləyib: “Bu növdə külək əsas xüsusiyyətdir. Məhz Şuşanı deyə bilmərəm, amma Qarabağın su hövzələrində qiymətləndirmə aparıldıqdan sonra orada yarış keçirilə bilər”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]