“Suriyada olan 286 azyaşlı və 2 qadın Azərbaycana qaytarılıb”

“Təmsil etdiyim Tovuz-Gədəbəy ərazisində vaxtilə İŞİD-in tərkibində Suriya və İraq sərhədində vuruşanlar olub”.

Aktulatv.az  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Arzu Nağıyev deyib.

Deputat bildirib ki, onların övladları ilə bağlı problemlər var: “Onların ataları həbs olunub, anaları isə başqa adamla nikaha məcbur edilib. 2018-ci ildən bəri ümumilikdə 286 nəfəri azyaşlı olmaqla, 288 nəfər Azərbaycana qaytarılıb. Bunlardan 2 nəfəri isə qadın olub. 2021-ci ildə isə Suriya və İraqdan 81 nəfər Azərbaycana gətirilib. Gələcəkdə bu uşaqların, bu anaların taleyi ilə işlərin görülməsinə ehtiyac var. Suriyadan qaytarılan qadın və uşaqların gələcəyi üçün hansı işlər görüləcək?”

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]