Külək nə vaxt səngiyəcək? – AÇIQLAMA

“Bu gün Bakı və Abşeron yarımadasında küləkli hava şəraiti davam edəcək”.

Bunu Aktualtv.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O bildirib ki, axşam saatlarında bəzi yerlərdə arabir yağış yağacaq:

“Mayın 21-i səhər saatlarından külək zəifləyəcək. Gündüz saatlarında mülayim cənub küləyinin əsəcəyi gözlənilir”.

Xidmət rəsmisi əlavə edib ki, bölgələrdə də yağıntılı hava şəraiti davam edəcək:

“Bəzi yerlərdə şimşək çaxacaq. Mayın 21-dən səhər saatlarından yağıntı kəsiləcək. Mayın 22-dən əksər rayonlarda yağmursuz hava şəraiti olacaq”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]