Sədərək Ticarət Mərkəzi sökülür? – RƏSMİ AÇIQLAMA

“Sədərək Ticarət Mərkəzinin sökülməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər həqiqəti əks etdirmir”.

Aktualtv.az xəbər verir ki bunu Trend-ə açıqlamasında Sədərək Ticarət Mərkəzinin İdarə Heyəti sədrinin müşaviri Mikayıl Qədimov deyib.

O bildirib ki, yayılan məlumatlar yalandır.

“Ticarət mərkəzinin sökülməsindən söhbət gedə bilməz. Yayılan videoda ticarət mərkəzinin cərgələrində aparılan təmir işləri əks olunub. Ticarət mərkəzindəki cərgələrdə olan dükanların qarşısı təmizlənir, mağazaların giriş hissəsinə şüşə vitrinlər quraşdırılır. Bu o məqsədi daşıyır ki, mağazaların içərisindəki mallar kənardan görünsün və müştəriləri daha tez cəlb etsin. Həmçinin havaların isti keçməsi ilə bağlı yanğın təhlükəsizliyi məqsədilə ərazi təmizlənir”, – deyə Mikayıl Qədimov bildirib.

Xatırladaq ki, sosial şəbəkələrdə Sədərək Ticarət Mərkəzindən paylaşılan videoda adıçəkilən mərkəzin sökülərək köçürülməsi ilə bağlı fikirlər səsləndirilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]