Həccə gedəcək zəvvarların neçəsi qadındır? – QMİ-dən açıqlama

Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlar arasında qadınlar da var.

Bu barədə Aktualtv.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib.

Onun sözlərinə görə, bu il zəvvarların 30 faizini qadınlar təşkil edir.

“Bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarların 70 faizi kişi, 30 faizi qadınlardır”, – deyə QMİ rəsmisi vurğulayıb.

Həccə gedəcək ən gənc zəvvarın 22 yaşı var, ən yaşlı isə 1958-ci il təvəllüdlüdür. Səfərlər 29-30 iyun, 1-2 iyul tarixlərində baş tutacaq.

Qeyd edək ki, iyunun 1-də Azərbaycanda Həcc ziyarətinə gediş üçün sənəd qəbulu başa çatıb, qısa müddət ərzində 680 nəfərlik kvota yeri dolub. Pandemiya şəraiti davam etdiyindən 65 yaşdan yuxarı vətəndaşların ziyarətə getməsinə icazə verilməyib. Bu il Həcc ziyarətinin qiyməti 5350 ABŞ dolları müəyyən edilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]